18 Sentyabr 2025, 10:47
FUTBOL
"İnter Mayami"nin hücumçusu Lionel Messi karyerasını bitirmək fikrində deyil.
Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN paylaşıb.
Bildirilir ki, 38 yaşlı argentinalı "İnter Mayami" ilə çoxillik müqavilə imzalamağa yaxındır. Tərəflər yalnız müqavilənin detallarını yekunlaşdırırlar.
Qeyd edək ki, Messinin klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin dekabr ayının sonunda başa çatır.