Salah ÇL-də matçın ilk 6 dəqiqəsində qol vuran və məhsuldar ötürmə verən tarixdə ilk oyunçu kimi unikal rekorda imza atıb.
"Liverpul"un hücumçusu Məhəmməd Salah Avropanın ən nüfuzlu yarışmasında matçın ilk 6 dəqiqəsində qol vuran və məhsuldar ötürmə verən tarixdə ilk oyunçu kimi Çempionlar Liqasında unikal rekorda imza atdı.
Matc.az xəbər verir ki, bu barədə "OptaJoe" məlumat yayıb.
Ötən gün Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Liverpul" "Atletiko"nu (Madrid) məğlub edib. İngilislər artıq matçın 6 dəqiqəsində hesabda 2:0 öndə olub. Salah əvvəlcə Endryu Robertsona məhsuldar ötürmə verib, sonra isə özü qol vurub.
Qeyd edək ki, "Enfild"də keçirilən görüş Arne Slotun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.