"Reyncers"in yarımmüdafiəçisi Nikolas Raskin karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça" belçikalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi yay transfer pəncərəsi zamanı heyətinə qata bilmədiyi 24 yaaşlı oyunçunu üçün yanvar ayında yenidən danışıqlara başlayacaq.

Qeyd edək ki, Nikolas Raskin bu mövsüm "Reyncers"in heyətində keçirdiyi 9 oyunda  2 qol ötürməsi edib. O, Belçika millisinin üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest