19 Sentyabr 2025, 17:30
FUTBOL
"Qalatasaray"ın cinah futbolçusu Leroy Sane Çempionlar Liqası tarixində dörd fərqli klubda debüt matçında qol vuran ilk futbolçu olub.
Matc.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Qalatasaray" səfərdə "Ayntraxt"a 5:1 hesabı ilə məğlub olub. Hesabı 8-ci dəqiqədə qonaqlar açıb, Yunus Akgün Sanenin ötürməsindən fərqlənib.
Beləliklə, Sane "Qalatasaray"ın heyətində Çempionlar Liqasında ilk matçında məhsuldar ötürmə etməyi bacarıb. O, daha əvvəl "Şalke" (qol), "Mançester Siti" (assist) və "Bavariya" (qol) ilə də eyni uğura imza atıb.
Qeyd edək ki, Sane karyerası ərzində Çempionlar Liqasında ümumilikdə 74 matça çıxıb, 23 qol vurub və 20 məhsuldar ötürmə verib.