20 Sentyabr 2025, 12:27
FUTBOL
"Everton"un və İngiltərə millisinin qapıçısı Cordan Pikford klubu ilə yeni müqavilə imzalamağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.
Bildirilir ki, müqavilənin 2028-ci ilin yayına qədər davam edəcəyi gözlənilir. O, 2017-ci ildən "Everton"da çıxış edir.
Qeyd edək ki, Pikford bütün yarışlarda 323 oyun keçirib, 449 qol buraxıb və 91 matçda qapısını toxunulmaz saxlayıb.
Pikford həmçinin İngiltərə millisinin heyətində 78 dəfə meydana çıxıb, 53 qol buraxıb və 40 oyunda qapısında qola imkan verməyib.