"Barselona" yanvarda "Mançester Yunayted"dən hücumçu Markus Reşfordu transfer hüquqlarını əldə etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.
Potensial müqavilə təxminən 20 milyon funt sterlinq (23 milyon avro) dəyərində ola bilər. "Qırmızı şeytanlar"ın bu qış transferə razı olub-olmayacağı hələlik məlum deyil.
Bildirilir ki, Kataloniya klubu ingilis futbolçunu mövsümün sonunda 26 milyon funt-sterlinqə (29,9 milyon avro) ala bilərdi, lakin yanvarda daha aşağı qiymətə almaq istəyib. "Barselona" Reşfordun transferini maliyyələşdirmək üçün futbolçu satmağı da nəzərdən keçirəcək.
Qeyd edək ki, ingilis futbolçunu yayda icarə əsasında "Barselona"ya keçib. O, İspaniya klubunun heyətində bütün turnirlərdə 5 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" Reşfordu 50 milyon avro dəyərində qiymətləndirir.