20 Sentyabr 2025, 20:00
FUTBOL
Tanınmış sabiq hücumçu Klaas Yan Huntelaarın oğlu Seb PSV ilə peşəkar müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 4 il müddətinə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. 16 yaşlı Seb də atası kimi mərkəz hücumçusu çıxış edir. O, futbolçu karyerasına "Vitesse" akademiyasında başlayıb.
Huntelaar artıq Niderlandın U-16 yığmasında bir oyun keçirib. O, PSV U-17 komandasında çıxış edəcək. "Vitesse" akademiyada yetişdirdiyi oyunçunun transferinə görə 200 min avro alıb.
Qeyd edək ki, ata Huntelaar daha çox 2006-2009 və 2017-2021-ci illərdə "Ayaks"dakı çıxışları ilə tanınır, lakin o, PSV-nin yetirməsidir və Eyndhoven klubunda peşəkar debüt edib.