29 Sentyabr 2025, 18:29
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
Gələn il İspaniya Superkuboku uğrunda oyunların harada keçirləcəyi bəlli olub.
Matc.az xəbər verir ki, görüşlər Səudiyyə Ərəbistanında baş tutacaq. Bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası yayıb.
Qarşılaşmalar 2026-cı il 7-11 yanvar tarixləri arasında təşkil olunacaq.
Turnirdə "Barselona", "Real", "Atletik" və "Atletiko" iştirak edəcək.
Qeyd edək ki, İspaniya Superkuboku 2025-ci ildə də bu ölkədə baş tutub və "Barselona" qalib olub.

            
 







_1762210118.jpg)


