30 Sentyabr 2025, 16:15
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
"Səbail" heyətini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, I Liqa təmsilçisi Paulo Rikardo (Paulinyo) ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı futbolçunun son klubu Mərakeşdə “Raja Beni Mellal” olub.

            
 










