30 Sentyabr 2025, 19:16
                
                
                
                                FUTBOL 
                                
                
               
              Danimarka çempionu Çempionlar Liqasının ikinci turunda "Qarabağ"la Bakıda keçiriləcək görüşdə 4 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.
				 
 
"Kopenhagen" "Qarabağ"la oyuna itkilərlə çıxacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı paylaşıb.
Bildirilir ki, Danimarka çempionu Çempionlar Liqasının ikinci turunda "Qarabağ"la Bakıda keçiriləcək görüşdə 4 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.
Oliver Heyer, Yonatan Moalem, Maqnus Mattsson və Andreas Kornelius "Qarabağ"a qarşı oynamayacaq.
Qeyd edək ki, "Qarabağ" – "Kopenhagen" oyunu sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə 20:45-də start veriləcək.

            
 










