01 Oktyabr 2025, 01:10
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasında səfərdə üçüncü dəfə het-trik edib.
Matc.az xəbər verir ki, o, Liqa mərhələsinin ikinci turunda "Kayrat"ın qapısına 3 dəfə yol tapa bilib.
Qarşılaşma 5:0 hesabı ilə Madrid klubunun xeyrinə başa çatıb.
Mbappe indi "Milan"ın və "Yuventus"un keçmiş hücumçusu Filippo İnzaqinin səfərdə het-trik etmək rekorduna şərik olub. Hər iki futbolçu bu kateqoriyada Çempionlar Liqasına başçılıq edir.

            
 










