"Arsenal" əsas oyunçuları ilə yeni müqavilələr imzalamaq üzərində işləməyə davam edir və bu dəfə növbə Yurrien Timberdədir.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

London klubu 24 yaşlı müdafiəçinin inkişafından məmnundur və ona yeni müqavilə təklif etməyə hazırdır. Niderlandlı futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Timber bu mövsüm "Arsenal"ın heyətində 8 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest