İspaniyanın "Barselona" futbol klubunun rəhbərliyi Superliqa layihəsindən çəkilmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə RAC1 radio şəbəkəsi məlumat yayıb.
Bildirilir ki, bu qərara Çempionlar Liqasının yeni formatı təsir edib və bu, klubun gəlirlərini artırıb. Ona görə də "Barselona" yeni turniri tanıtmağın mənasını görmür.
Daha əvvəl bildirilmişdi ki, Superliqanın təşkilatçıları UEFA-ya 2027-ci ildən başlayaraq Çempionlar Liqasının formatının dəyişdirilməsi, iştirakçıları 18 klubdan ibarət iki qrupa bölünməsi təklifi ilə çıxış ediblər. Hər komanda səkkiz oyun keçirəcək, ən yaxşı səkkiz yeri tutan komandalar 1/8 final mərhələsinə yüksələcək. Ən yaxşı səkkiz yeri tutan komandalar ilkin pley-off mərhələsində II qrupun ən yaxşı səkkiz komandası ilə qarşılaşacaqlar.
Hazırda Çempionlar Liqasının Liqa mərhələsində 36 klub iştirak edir. Bütün komandalar birinci mərhələdə səkkiz oyun keçirəcək - dördü evdə, dördü isə səfərdə. Komandalar vahid turnir cədvəldə syer alıb. İlk "səkkiz"lik avtomatik olaraq 1/8 finala yüksəlir və 9-dan 24-ə qədər olan komandalar isə növbəti tura pley-offla çıxır. Çempionlar Liqası ötən mövsümdən bu formatda keçirilib.












