"Arsenal" hücumçusu Qabriel Jesusunu satmağa hazırdır və futbolçuya qiymət qoyub.

Matc.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.

Bildirilir ki, "topçular" braziliyalı üçün təklifləri nəzərdən keçirməyə və onu 34 milyon avroya göndərməyə hazırdır.

"Everton" iddiaçılar arasındadır, lakin Jesusun illik 14 milyon funt-sterlinq yüksək maaşı transferə mane ola bilər.

Qeyd edək ki, Jesus "Arsenal"na 2022-ci ildə "Mançester Siti"dən 52 milyon avroya transfer olunub. bu müddət ərzində 28 yaşlı braziliyalı bütün yarışlarda 96 oyun keçirib, 26 qol vurub və 20 məhsuldar ötürmə edib.

Jesusun londonlularla müqaviləsi 2027-ci ilin yayına qədərdir və "Transfermarkt" onu 32 milyon avro dəyərində qiymətləndirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest