"Barselona"nın hücumçusu Lamin Yamal Çempionlar Liqasının PSJ-yə qarşı oyunundan (1:2) sonra İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente ilə əlaqə saxlayıb və qasıq nahiyəsində narahatlıq yarandığını bildirib. Futbolçu qarşıdakı iki həftə dincəlməli olduğunu bildirib.

Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

De la Fuente cavab olaraq bildirib ki, əgər Yamal ağrılarına baxmayaraq klubda oynaya bilirsə, o zaman millidə də oynaya bilər.

Bunun ardınca "Barselona"nın idman direktoru Deko vəziyyəti aydınlaşdırmaq üçün İspaniya millsinin inkişaf üzrə direktoru Aytor Karanka ilə əlaqə saxlayıb. Bununla belə, Karanka de la Fuentenin mövqeyini dəstəkləyib.

İspaniya milli komandasının cümə günü Yamalın da daxil olduğu oktyabr yoldaşlıq oyunları üçün heyətini elan etməsi "Barselona"nı qəzəbləndirib. Klub bunu de la Fuente tərəfindən təxribat kimi qəbul edib.

Daha sonra Kataloniya klubu 18 yaşlı futbolçunun zədəsi ilə bağlı rəsmi açıqlama yayıb və bundan sonra İspaniya Kral Futbol Federasiyası (RFEF) Yamalı heyətdən çıxarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest