"Mən də bütün komanda kimi nə etmək lazım olduğunu bilirəm".

PSJ-nin və Ukrayna millisinin mərkəz müdafiəçisi İlya Zabarnıy millimizin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, o, qələbə əzminində olduqlarını bildirib.

"Bu səviyyədə heç bir qiymətləndirmədən söhbət gedə bilməz. Bütün milli komandalar necə müdafiə olunmağı və futbol oynamağı bilirlər. Şəxsən mənim üçün heç bir qiymətləndirmədən söhbət gedə bilməz. Mən də bütün komanda kimi nə etmək lazım olduğunu bilirəm.

Təbii ki, Azərbaycanla heç-heçə etmək (ilk oyun) məyus edicidir, amma belə şeylər olur. Prinsipcə, heç nə dəyişməyib, eyni komandamız var. Biz çətin oyuna hazırlaşırıq və qələbə qazanmağa hazırlaşırıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest