Qalmaqallı italyan hücumçu Mario Balotelli karyerası ilə bağlı yeni açıqlama verib.
Matc.az xəbər verir ki, o, vətənində yeni komanda axtarışında olduğunu deyib.
"Mən durğun vəziyyətdəyəm, həftədə bir neçə dəfə məşq edirəm, baxmayaraq ki, təkəm və özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm. Xaricdən təkliflər almışam, amma İtaliyada komanda tapacağıma ümid edirəm.
Hazırda bir neçə təklif almışam. Dərhal müqavilə imzalamaq, yoxsa yanvar "transfer pəncərəsi"nə qədər gözləmək barədə qərar verməliyəm”, - Balotelli bildirib.
Daha əvvəl futbolçu ilə D seriyasında çıxış edən "Pavia"nın maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Balotelli 2025-ci il iyulun 1-dən azad agentdir. 34 yaşlı hücumçunun əvvəlki klubu ötən ilin oktyabrından çıxış etdiyi "Cenoa" olub.
Ötən mövsüm o, A Seriyasında 6 matçda meydana çıxıb, cəmi 56 dəqiqə oynayıb.