13 Oktyabr 2025, 11:34
FUTBOL
“Everton” qapıçı Cordan Pikfordla müqaviləni uzatmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Artıq tərəflər arasında razılıq əldə olunub.
Bu həftə 31 yaşlı qolkiperlə uzunmüddətli müqavilə imzalanacaq.
Pikford 2017-ci ildən “Everton”da çıxış edir. O, Mersisayd təmsilçisində 326 oyuna çıxıb.
Qeyd edək ki, təcrübəli "əlcək sahibi" İngiltərə millisinin də üzvüdür. O, komandada 79 oyuna çıxıb.