13 Oktyabr 2025, 12:56
FUTBOL
Memfis Depay Niderland millisində növbəti rekorda imza atıb.
Matc.az xəbər verir ki, "Korintians"ın hücumçusu "narıncılar"ın heyətində ən çox qol ötürməsi edən oyunçu olub.
31 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsinin Finlandiya ilə matçında iki assist etməklə buna nail olub. Depay yığmada etdiyi məhsuldar ötürmələrin sayını 35-ə çatdırıb. Təcrübəli futbolçu əvvəlki rekordçu Uesli Sneyderi (33) geridə qoyub.
Xatırladaq ki, sentyabrda Memfis Depay həm də Robin van Persi (50 qol), Klaas-Yan Huntelaar (42) və Patrik Klyvert (40) kimi ulduzları geridə qoyaraq millinin bombardiri olub.