Portuqaliyalı yarımmüdafiəçi Joao Palinya daimi olaraq "Tottenhem"də qala bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Bildirilir ki, London klubu futbolçunun 25-30 milyon avro dəyərində olan satın alma variantını aktivləşdirməyi düşünür.

Futbolçunun "Bavariya"ya qayıtması çətin görünür. Hələlik klublar arasında konkret danışıqlar aparılmasa da, müsbət dinamika artıq göz qabağındadır.

Qeyd edək ki, Palinya bu mövsüm "Tottenhem"in heyətində yeddi oyuna çıxıb və iki qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest