Ötən ilin dekabrında "Barselona"nın hücumçusu Lamin Yamalın atası Munir Nasrauini bıçaqladığına görə həbs edilən şəxs girov qarşılığında azadlığa buraxılıb.

Matc.az xəbər verir ki, o iddia edib ki, özü və ailəsi Yamalın atası tərəfindən zorakılığa məruz qalıb.

Lakin hadisə şahidlərinin sözlərinə görə, vəziyyət tam əksinə olub: "Munir qaçmağa başladı, onlardan biri Yamalın atasının arxasınca düşdü və bıçaqla onu vurdu - sinəsinə və böyrünə iki-üç bıçaq zərbəsi endirdi".

Munirin dostu Sufyan isə deyib ki, onlar Nasrauini öldürmək istəyirdilər: "Birinin əlində bıçaq var idi, vəhşi kimi hücum etdi. O, Muniri öldürmək niyyətində idi".

Başqa bir şahid hadisəni öz gözləri ilə gördüyünü təsdiqləyib: "O, Munirin yanına qaçdı və ona üç-dörd bıçaq zərbəsi endirdi".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest