"Yuventus" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, A Seriyası nəhəngi "Sassuolo"da çıxış edən Tarik Muharemoviçi tranfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Ağ-qaralar" yanvar ayında Bosniya və Herseqovina millisinin üzvü üçün onun klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Sassuolo" Tarik Muharemoviçi mövsümün əvvəlində "Yuventus"dan tranfer edib. 22 yaşlı mərkəz müdafiəçisi "yaşıl-qaralar"ın heyətində A Seriyasında keçirdiyi 6 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest