15 Oktyabr 2025, 17:28
FUTBOL
UEFA Gənclər Liqası əsas mərhələsinin III turunun "Atletik" - "Qarabağ" matçının təyinatları açıqlanıb.
Matc.aaz UEFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı İsraildən olan Qal Levi idarə edəcək.
Ona həmyerliləri olan yan xətt hakimləri Haz Orpaz Hen və Zeev Vladimir Frenkel köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Con Andrade Del Olmo yerinə yetirəcək.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.