Çexiya Futbol Assosiasiyasının İcraiyyə Komitəsi İvan Haşekin millinin baş məşqçisi vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.

Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Oktyabrda 2026-cı il dünya çempionatının seçmə mərhələsində Çexiya öz meydanında Xorvatiya ilə 0:0 bərabərə qalıb, Farer adalarına 2:1 hesabı ilə uduzub (1:2).

Çexlər 7 oyundan sonra 13 xalla seçmə qrupda ikincidir. Xorvatiya qrupda 6 oyundan sonra 16 xalla liderdir.

Qeyd edək ki, İvan Haşek 2024-cü ilin əvvəlindən Çexiyanı çalışdırır. Bu müddət ərzində komanda 21 oyun keçirib, 11 qələbə qazanıb, 5 heç-heçə edib və 5 dəfə uduzub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest