Londonun "Çelsi" klubu Kənan Yıldızı "Yuventus"dan almaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Bildirilir ki, Türkiyə millisinin üzvü ilə Turin klubu arasında müqavilənin uzadılması danışıqları maliyyə anlaşmazlıqlarına görə dalana dirənib.
Yıldız hazırda ildə 1,5 milyon avro qazanır, lakin onun nümayəndələri 5 milyon avroya qədər artım tələb edir. "Yuventus" hazırda yalnız 2 milyon avro ödəməyə hazırdır ki, bu da oyunçunun gözləntilərindən xeyli aşağıdır.
"Çelsi" türkiyəli 20 yaşlı futbolçuya 10 milyon avro və əlavə bonuslar təklif edir. London klubunun sahibi Todd Boelinin gənc istedadla şəxsən maraqlandığı bildirilir.
Kənan Yıldızın Turin klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədər olduğu üçün tərəflərin hələ də kompromis tapmaq üçün vaxtları var.