16 Oktyabr 2025, 10:55
FUTBOL
"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Foot Italia" məlumat yayıb.
"Atalanta" türkiyəli vingeri transfer etmək istəyir. Berqamo təmsilçisi 25 yaşlı oyunçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 9 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.