PSJ Avropanın bir neçə klubunun transfer siyahısındə yer alan Bredli Barkolanı komandada saxlamaq isstəyir.

Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Paris klubu fransalı vingerin müqaviləsinin müddətini uzatmağı planlaşdırır. Liqa 1 nəhəngi artıq 23 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Bredli Barkola bu mövsüm PSJ-nin heyətində keçirdiyi 15 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib. Fransa millisinin üzvünün klubla hazırkı sözləşməsi 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest