16 Oktyabr 2025, 12:59
FUTBOL
"Bavariya"nın yarrımmüdafiəçisi Leon Qoretska karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
"Fənərbaxça" almaniyalı futbolçunun xidmətində maraqlıdır. İstanbul nəhənginin baş məşqçisi Domeniko Tedesko Qoretskanı komandasında görmək istəyir.
"Fənərbaxça"30 yaşlı oyunçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Leon Qoretska bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 11 oyunda 1 qol ötürməsi edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.