16 Oktyabr 2025, 15:08
FUTBOL
"Karyerasını bitirən və iflas olan idmançılar haqda məqalələr oxuyuruq. Pullarını necə xərcləyəcəklərini bilmirlər".
Uels millisinin sabiq üzvü Qaret Beyl hazırkı həyatından danışıb.
Matc.az xəbər verir ki, veteran futbolçu müflis olmaqdan qorxduğu üçün pulu xərcləyərkən diqqətli olduğunu bildirib:
"Həmişə müflis olmaqdan qorxmuşam. Karyerasını bitirən və iflas olan idmançılar haqda məqalələr oxuyuruq. Pullarını necə xərcləyəcəklərini bilmirlər. Bir çox idmançı lüks həyat yaşayır. Bunu mən də etməyə çalışdım. Futboldan sonra həyatımın necə olacağına həmişə diqqət etmişəm".
Qeyd edək ki, Qaret Beyl karyerası ərzində "Sauthempton", "Tottenhem", "Real" və "Los Anceles"də çıxış edib.