“Neftçi” Yüksək Qızlar Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.

Matc.az xəbər verir ki, qadınlardan ibarət komanda 3-cü turda “Təhsil 8 İOEUGİM”i 5:0 hesabı ilə məğlub edib. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda qolları Ayşən Salamzadə (11-ci dəqiqə), Xanım Əsədova (14-cü dəqiqə), Suel Polikarpova (23-cü və 89-cu dəqiqələr) və Mədinə Curuqova (53-cü dəqiqə) vurublar.

Qeyd edək ki, 3 oyundan sonra maksimum nəticə göstərən “Neftçi” 4-cü turda “Zaqatala”nın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest