16 Oktyabr 2025, 18:08
FUTBOL
"Mançester Siti"nin sentyabr ayında PSJ-dən transfer etdiyi Canluici Donnarumma açıqlama verib.
Matc.az xəbər verir ki, italiyalı qapıçı yeni klubunda özünü xoşbəxt hiss etdiyini bildirib:
"Bura gəlməyim uzun müddət olmasa da, "Mançester Siti"də özümü evimdəki kimi hiss edirəm. Məni transfer etməyi çox istədilər. Özümü önəmli hiss etdim. İndi də məni özlərindən biri olaraq görürlər. Mümkün qədər burada qalmaq və möhtəşəm təcrübə qazanmaq istəyirəm".
Qeyd edək ki, Canluici Donnarumma "Mançester Siti"nin heyətində 6 oyunda meydana çıxıb.