Fatih Terim Çexiya milli komandasının baş məşqçisi postuna təyin oluna bilər.

Matc.az xəbər verir ki, bu barədə "iSport" məlumat yayıb.

Çexiya Futbol Federasiyası türkiyəli mütəxəssislə ilkin danışıqlara başlayıb. 72 yaşlı məşqçi çexlərdən aylıq 100 min avro maaş tələb edir.

Qeyd edək ki, Fatih Terimin son iş yeri Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şəbab" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest