"Everton" İngiltərə millisinin qapıçısı Cordan Pikfordun müqaviləsini yeniləyib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Pikford ilə 2029-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Qeyd edək ki, qapıçı "Everton"un heyətində 326 oyun keçirib ki, bu da britaniyalı qapıçılar üçün rekorddur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest