Qazaxıstan liqasında çıxış edən 19 yaşlı futbolçusu Xan Tenqri Dias Toleu vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

Cinah yarımmüdafiəçisi oktyabın 16-da, Qazaxıstan I Liqasının 25-ci turunun "Ekibastuz"la oyununda halı pisləşib. O, 64-cü dəqiqədə meydançada yıxılıb. Gənc futbolçunun həyatını xilas etmək cəhdləri uğursuz alınıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest