"Yuventus" klubu İtaliya millisinin yarımmüdafiəçisi, hazırda "Nyukasl Yunayted"də çıxış edən Sandro Tonalini yenidən A Seriyasına qaytarmaq niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Bildirilir ki, Turin klubu 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanır və transferi gələn ilin yayında tamamlamaq istəyir.
"Nyukasl" rəhbərliyi isə qəti şəkildə oyunçu ilə ayrılmaq niyyətində deyil və onu komandada saxlamaq üçün əlindən gələni edir. İngilis klubu Tonalinin müqaviləsini uzatmaq və onu gələcək illər üçün layihələrinin vacib hissəsi kimi görmək istəyir.
Xatırladaq ki, Sandro Tonali 2023-cü ilin yayında "Milan"dan təxminən 70 milyon avroya "Nyukasl"a keçərək tarixin ən bahalı italyan oyunçularından birinə çevrilib. O, İngiltərə klubunun heyətində bütün yarışlarda 50-dən çox oyun keçirib.