Gəncə klubu Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci böyükhesablı səfər qələbəsini qazanıb.

Misli Premyer Liqasının VIII turu "Kəpəz" üçün əlamətdar olub.

Matc.az PFL-ə istinadən xəbər verir ki, Gəncə klubunun mövsümdəki ilk qələbəsi "Şamaxı" ilə səfər oyununa təsadüf edib – 4:1.

Bu, həm də qərblilərin Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci böyükhesablı səfər qələbəsi olub. "Kəpəz" bu göstəricidə yalnız "Qarabağ"la "Neftçi"dən geri qalır.

Gəncə klubu bunadək səfərdəki son belə qələbəsini "Qəbələ" üzərində qazanıb. 2023-cü il dekabrın 9-da qonaqlar 3:0 hesabı ilə qalib gəlib.

"Kəpə"”in səfərdəki ilk böyükhesablı qələbəsi isə 1992-ci il iyunun 13-də "Plastik"lə görüşdə qeydə alınıb – 3:0.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest