"Real"ın qapıçısı Tibo Kurtua sıradan çıxıb.

Matc.az xəbər verir ki, belçikalı qolkiper La Liqanın 9-cu turunun "Xetafe" ilə səfər matçında (1:0) dizindən zədələnib.

33 yaşlı "əlcək sahibi"nin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Real" oktyabrın 22-də Çemionlar Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsində "Yuventus"la qarşılaşacaq. "Kral klubu" bundan 4 gün sonra isə La Liqada "Barselona" ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest