20 Oktyabr 2025, 16:57
FUTBOL
"Marsel"in futbolçusu Meyson Qrinvud karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.
"Barselona" ingiltərəli vingeri transfer etmək istəyir. Kataloniya təmsilçisinin skautları "Marsel"in Fransa çempionatında "Havr"ı 6:2 hesabı ilə məğlub etdiyi matçı stadiondan izləyib. 26 yaşlı oyunçu həmin qarşılaşmada 4 qol vurub.
Qeyd edək ki, Meyson Qrinvud bu mövsüm "Marsel"in heyətində keçirdiyi 10 oyunda 7 qol və 4 qol ötürməsi ilə yadda qalıb.