20 Oktyabr 2025, 20:51
FUTBOL
"Əl-Əhli"nin hücumçusu Ayven Toni İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
"Mançester Yunayted" ingiltərəli futbolçunu transfer etmək istəyir. "Qırmızı şeytanlar" yanvar ayında 29 yaşlı forvardı heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Əl-Əhli" Ayven Tonini 2024-cü ilin yayında "Brentford"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində keçirdiyi 11 oyunda 9 qol vurub, 1 qol ötürməsi edib.