"Leypziq"in futbolçusu Yan Diomande karyerasını İngiltərə Premyer Liqasında davam eetdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Liverpul" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. Almaniya klubu 18 yaşlı vinger üçün 100 milyon avro tələb edir.

Fransa təmsilçisi PSJ də gənc oyunçu ilə maraqlanır.

Qeyd edək ki, Yan Diomande bu mövsüm "Leypziq"in heyətində keçirdiyi 8 oyunda 1 qol vurub. Onun klubu ilə müqaviləsi 2030-cu ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest