Ötən gün axşam saatlarında bir qrup Eyndhoven mərkəzində təhlükəsizlik zonasını pozduqdan sonra növbəti insidentlərin qarşısını almaq üçün 180 "Napoli" azarkeşi həbs edilib və Niderlanddan qovulub.

Matc.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.

Bildirilir ki, bir qrup italyan azarkeş şəhərin mərkəzini tərk etmək tələblərinə məhəl qoymayıb, ictimai yerlərdə bələdiyyə qaydalarını pozduqlarına görə həbs olunub və avtobusla polis bölməsinə aparılıb. Orada məlum oldu ki, onlardan bəzilərinin həmin axşam keçiriləcək oyun üçün bileti belə yoxdur.

Qeyd edək ki, Çempionlar Liqasının 3-cü turunun PSV – "Napoli" matçı bu gün Niderlandın "Daniel Siebert" stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest