"Trabzonspor"un ukraynalı hücumçusu Danilo Sikan qış "transfer pəncərəsi"ndə Türkiyə klubunu tərk edə bilər.

Matc.az xəbər verir ki, Trabzon klubu ilk növbədə ukraynalını icarəyə göndərmək istəyir, lakin müxtəlif variantları nəzərdən keçirəcək.

Sikan ona kifayət qədər oyun vaxtı verməyən "Trabzonspor"un baş məşqçisi Fatih Tekkenin ümidlərini doğrultmayıb. Bu mövsüm ukraynalı Türkiyə liqasında 6 matçda meydana çıxıb və cəmi 90 dəqiqə meydanda olub. Bu müddət ərzində forvard 1 qol vurub, 1 məhsuldar ötürmə də edib.

Qeyd edək ki, daha əvvəl "Trabzonspor"un ukraynalı futbolçunu 6 milyon avroya satmağa hazır olduğu bildirilirdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest