"Real" "Kristal Pelas"ın kapitanı Mark Qehini transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid təmsilçisi klubu ilə müqaviləsi mövsümün sonunda başa çatan ingiltərəli mərkəz müdafiəçisini yanvar ayında heyətinə qatmağı planlaşdırır. "Kral klubu" 25 yaşlı futbolçu üçün 30 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Mark Qehi bu mövsüm "Kristal Pelas"ın heyətində keçirdiyi 13 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest