"Liverpul" "Bornmut"un futbolçusu Antuan Semenyonu transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mersisayd təmsilçisi qanalı vingeri yanvar ayında heyətinə qatmağı planlaşdırır. "Liverpul" Semenyo üçün onun klubuna 75 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

"Mançester Yunayted" və "Tottenhem" də 25 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Antuan Semenyo bu mövsüm "Borumut"un heyətində keçirdiyi 9 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest