22 Oktyabr 2025, 13:49
FUTBOL
"Barselona"nın hücumçusu Robert Levandovski karyerasını İngiltərə Prmeyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.
"Mançester Yunayted" mövsümün sonunda İspaniya klubu ilə müqaviləsi başa çatan polşalı forvardın xidmətində maraqlıdır. "Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim yayda azad agent statusunda olacaq 37 yaşlı futbolçunu komandasında görmək istəyir.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 9 oyunda 4 qol vurub. Kataloniya təmsilçisi ona yeni sözləşməə təklif etməyib.