Braziliyanın “Piaui” klubunun gənclər komandasında çıxış edən Antoni İlano vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

20 yaşlı futbolçu  Braziliyada qəzada dünyasını dəyişib. İdmançı oktyabrın 20-də səhər tezdən atasının ad günündən motosikletlə evə gedərkən yolun hərəkət hissəsində inəyə çırpılıb.

İlano hadisə yerində vəfat edib. Braziliya klubları futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest