22 Oktyabr 2025, 20:09
FUTBOL
"Qarabağ" klubunun prezidenti Tahir Gözel İspaniyanın Bilbao şəhərinə gedib.
Matc.az xəbər verir ki, o, bu gün "San-Mames" stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının "Atletik" – "Qarabağ" oyununu tribunadan izləyəcək.
Görüşdən əvvəl "Qarabağ" klubunun prezidenti komandasına dəstək olub.
Xatırladaq ki, "Atletik" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.