23 Oktyabr 2025, 11:32
FUTBOL
"Milan" Fikayo Tomorini uzun müddət komandada saxlamağı planlaşdırır.
Matc.az xəbər verir ki, A Seriyası nəhəngi ingiltərəli futbolçunun müqaviləsini uzadacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tomoei özü də klubda qalmaq istədiyini rəhbərliyə bildirib. Yaxın günlərdə 27 yaşlı mərkəz müdafiəçisi ilə yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Fikayo Tomori bu mövsüm "Milan"ın heyətində keçirdiyi 9 oyunda 1 qol ötürməsi edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.