Mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatan Robert Levandovski karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Polşalı forvardın "Əl-Nəsr"ə keçmək ehtimalı var. Komandanın kapitanı Kriştiano Ronaldo rəhbərlikdən 37 yaşlı hücumçunun transfer olunmasını istəyib.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 9 rəsmi oyunda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest