“Mançester Siti”nin müdafiəçisi və dünyanın ən bahalı arxa xətt oyunçularından biri olan Yoşko Qvardiol gözlənilməz etiraf edib.

Matc.az xəbər verir ki, o, yeniyetmə yaşlarında futbolu tərk etməyə çox yaxın olub.

BBC-nin “Kompas” adlı yeni sənədli filmində xorvatiyalı futbolçu bildirib ki, 16–17 yaşlarında “Dinamo” (Zaqreb) akademiyasında böhran dövrü keçirib. O, oyundan zövq almadığını və basketbola keçid imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Qvardio qeyd edib ki, basketbolu da çox sevirdi və dostlarının orada uğur qazandığını görürdü:

“Futbolu buraxmağı düşünürdüm, çünki mən basketbolu da sevirəm. Artıq futbolçu ola biləcəyimə əmin deyildim”

23 yaşlı futbolçunun sözlərinə görə, onun karyerasında həlledici rolu atası Tixomir oynayıb. Yoşko idmanı tərk etmək niyyətini atasına bildirdikdə, o, oğluyla ciddi söhbət aparıb və futbolu buraxmamasında israr edib.

Atası ilə bu söhbət Yoşkonu məşqlərə davam etməyə sövq edib və nəticədə bu qərar onun karyerasında sıçrayışa səbəb olub. Xorvatiya millisinin üzvü “Leyptsiq”ə, daha sonra isə 2023-cü ildə 77 milyon funt sterlinq müqabilində “Mançester Siti”yə transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest